EN

Məryəm 35-ci oldu - Azərbaycan üzgüçüsü Paris-2024 ilə vidalaşdı

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla təsnifat mərhələsində çıxış edib.

O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.

Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.

Chosen
78
13
sportinfo.az

10Sources