EN

Bu gün basketbol millimiz qrupda son oyununa çıxacaq - Paris-2024

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 8-ci gündür.Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın 2 idmançısı və 3x3 basketbol millisi mübarizə aparacaq.Akademik avarçəkmə Təmsilçimiz Diana Dımçenko C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. O, Leçuqa Alenis Kenia (Meksika), Badenhorst Peyc (Cənubi Afrika), Arsik Covana (Serbiya), Konstansek Nina (Sloveniya) və Çuna Tavares Kardoso Beatrizə (Brazilya) qarşı yarışacaq. Bu idman növündə yarışlar saat 11:30-da start götürəcək. ÜzgüçülükBu gün Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq. Məryəm 6-cı yarımqrupda mübarizə aparacaq. Üzgüçülük yarışları saat 13:00-da başlayacaq.3x3 basketbol Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün qrupda son oyununa çıxacaq. Komandamız 7-ci turda Kanada ilə üz-üzə gələcək. Hazırda Kanada millisi sıralamada 2-ci, Azərbaycan komandası isə 6-cıdır. Pley-offa vəsiqə qazanmaq baxımından bu matç Azərbaycan millisi üçün çox vacibdir. Əgər millimiz Kanadanı üstələsə, pley-offa adlayacaq. Komandamız uduzsa, 5-ci pillədəki ABŞ-ın 7-ci yerdəki Çini məğlub etməsini gözləməli olacaq.Qeyd edək ki, basketbol millimiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ-a 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib. Azərbaycan - Kanada oyunu saat 19:30-da start götürəcək.

Chosen
57
2
sportfm.az

3Sources