EN

"Qarabağ" rəhbərliyi yeni icra başçısı ilə görüşdü: “Komandanızdan zövq alıram”

"Qarabağ"ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, görüş İcra Hakimiyyətinin binasında baş tutub.

"Köhlən atlar"ın davamlı uğurlarından bəhs edən A.Əliyev “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib.

İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə "Qarabağ"ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək.

Klub rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Çəlikəl İcra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

Chosen
39
13
sportinfo.az

10Sources