EN

Türkiyə səfirinin müavini Haniyəyə görə  İsrail Xarici İşlər Nazirliyinə ÇAĞIRILDI

Bayrağın yarıya qədər endirilməsi ilə əlaqədar Türkiyə səfirliyinin nümayəndəsi İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz X sosial şəbəkə hesabında yazıb: "Türkiyənin İsraildəki səfirinin müavinini dəvət edildi. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə üçün matəm əlaməti olaraq Tel-Əvivdəki diplomatik nümayəndəlik binasındakı bayraq yarıya endirilib. 

Türk bayrağının yarıya endirilməsindən sonra Xarici İşlər Nazirliyinin rəsmilərinə Türkiyənin İsraildəki səfirinin müavinini çağıraraq şiddətli töhmət verməyi tapşırmışam”, - deyə məlumatda bildirilir.

Chosen
148
18
unikal.az

10Sources