Türkiyə Silahlı Qüvvələri "Bayraktar” pilotsuz uçuş aparatı (PUA) ilə Suriyanın şimalındakı "Tel Rıfat” bölgəsində əməliyyat keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində 8 PKK terrorçusu öldürülüb.
Həmçinin, İraqın şimalında Haftani bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının 4 üzvü öldürülüb.