Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsmayıl Haniyənin ölümündən sonra Xalid Məşəli HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən şəxs kimi təqdim edib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəl ilə görüşüb və Haniyənin ölümü ilə əlaqədar ona başsağlığı verib”, – məlumatında bildirilib. (globalinfo.qaz)