EN

Agcabədi rayonunda “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” tədbiri həyata keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 1 avqust 2024-cü il tarixində “Azərbaycan Tarix Qurumu” ictimai birliyi Agcabədi rayonu Hacıbədəlli kəndində əsasən Qərbi Azərbaycandan olan vətəndaşlarımızla tədbir keçirmişdir. Əlli nəfərə yaxın şəxsin iştirak etdiyi “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə layihə rəhbəri, t.e.d., professor, Tofiq Mustafazadə, ekspertlər t.ü.f.d., dos. Mahir İbrahimov, s.e. doktoru Sənan Həsənov, s.e.ü.f.d., dos. Hüseyn İbrahimov, rayon icra hakimiyyəti rəsmiləri və digər iştirakçılar çıxış etmişlər.

Xankəndi və digər tarixi ərazilərimizdə dövlət bayragımızın dalgalanmasından sonra təşkil edilən tədbirdə qeyd edildi ki, ölkə başçımız cənab İlham Əliyevin Qərbi Azərbaycanlıların Qayıdışı konsepsiyasının reallaşması istiqamətində qarşıya qoyduğu vəzifələr bu sahədə vətəndaş cəmiyyətinin və xüsusi elmi fəaliyyəti olan təşkilatların rolunu gücləndirməyi zəruri edir. Bu tarixi Konsepsiya Qərbi Azərbaycana qayıdışın mühüm mərhələsi kimi diqqətə çatdırıldı. Hal-hazırda indiki Ermənistan ərazisində Qərbi azərbaycanlılara məxsus cox cüzi yer adları və mədəniyyət nümunəsi qalmışdır ki, bunları da ermənilər qonşu İran və diğər xalqların abidəsi kimi dünya ictimaiyyətinə təqdim edirlər. İndiki Ermənistanda xalqımıza məxsus 34 şəhərin və ona aid yüzlərlə kəndlərin adları dəyişdirilmişdir.

Bu istiqamətdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında vətandaş cəmiyyəti, media və elmi tədqiqat institutlarının birgə əlaqələndirilmiş fəaliyyətinə böyük ehtiyac var. Tədbirdə bu nəticəyə də gəlindi ki, belə sistemli tədbirlər metodu Qayıdış Konsepsiyasından irəli gələn prinsiplərin işlənilməsi və gerçəkləşməsini sürətləndirməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
50
turk.az

10Sources