Yakutiyada yol qəzası 9 nəfərin ölümünə səbəb olub.
Avtosfer.az Rusiya KİV-ə istinadla bildirir ki, qəza bu gün yerli vaxtla saat 6 radələrində Lena federal magistralının 786-cı kilometrliyində baş verib. “Toyota Hayes” markalı mikroavtobus dayanmış “Scania” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 9 nəfər ölüb, yaralılar var.
(lent.az)