EN

Paris-2024: Tatamidə son şans

Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, qarışıq komanda yarışı öncəsi son iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu da tatamiyə çıxacaq. Üçüncü Olimpiadasına yollanan Uşanqi Kokauri medallar uğrunda mübarizə aparacaq. Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Kişilər
+100 kq

Uşanqi Kokauri Paris-2024-ə 1/16 finaldan start verəcək. Onun ilk rəqibi Rafael Silva (Braziliya) olacaq.

Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə yollanan yığmamız yarışın ilk 6 günündə iki medal qazanıb. Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev 100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
3
idman.biz

4Sources