Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıtda mənzildə meyitini aşkarladığı şəxsin kimliyi məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölən şəxs 1984-cü il təvəllüdlü Ramin Elbrus oğlu Həsənovdur.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar:
"Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib".