EN

HadisəTanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs olunub

SİZİN REKLAM BURADA!055 213 76 73

Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbs edilib.

"Report" xəbər verir ki, O. Krapivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs olunub.

İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, "Oleq Bakinski"nin saxlanılması ilə bağlı ilk xəbəri "Azinforum.az" yayıb.

Far.Az

Chosen
44
33
far.az

10Sources