Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Ardıcıl ikinci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, A.Dominqes Paris-2024-ə 1/8 finaldan başlayıb. Dominges bu yarışın favoritlərindən olan, Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionu Xulio Sesar Kruso qalib gəlib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.