EN

Zelim çempion! - Yenilənib

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, burada polşalı Pyotr Kuçera ilə qarşılaşıb.

İdmançımız bu görüşdə ipponla qalib gələrək 1/4 finala adlayıb.

***

İdmançımızın 1/4 finaldakı rəqibi israilli Peter Palçik olub.

***

Zelim Kotsoyev Peter Palçikə qalib gələrək yarımfinala çıxıb.

***

Cüdoçumuz yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

***

Zelim Kotsoyev yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə qalib gələrək finala adlayıb. O, finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşacaq.

***

Azərbaycanlı cüdoçu Zelim Kotsoyev finalda gürcüstanlı İlia Sulamanidzeyə qalib gələrək, ölkəmizə ikinci qızıl medalı qazandırır.

Chosen
21
7
sportinfo.az

10Sources