EN

Bakıda maşını təmir sexinin qabağından oğurladılar

İyulun 30-da axşam saatlarında Nəsimi rayonu ərazisində maşın təmiri sexinin qarşısından VAZ-2106 avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş R.Hüseynov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Aqreqator
Chosen
141
4
oxu.az

10Sources