EN

“Çin istəsə, müharibəni dayandırar” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Çin sərt mövqe tutsa, Rusiyanı Ukraynaya qarşı təcavüzünü dayandırmağa məcbur edə bilər.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti bunu Fransa mediasının nümayəndələrinə müsahibəsində deyib.

O, qeyd edib ki, Çin vasitəçilik etməkdənsə, böyük dövlət kimi Rusiyanı sülhə məcbur etməlidir: “Çin istəsə, Rusiyanı bu müharibəni dayandırmağa məcbur edə bilər. Mən istərdim ki, onlar vasitəçi rolunu oynamasınlar”.

Zelenskinin fikrincə, dövlət nə qədər güclüdürsə, onun Rusiyaya təzyiq etmək imkanı bir o qədər çoxdur və bu təzyiq real nəticə verə bilər. O, həmçinin hesab edir ki, vasitəçi kimi Çinin mövqeyi qənaətbəxş və güclü deyil: “Ona görə də mən istərdim ki, Çin bu müharibədə güclü mövqe tutsun ki, rusları dayandırsın”.

“AzPolitika.info”

Chosen
142
30
azpolitika.info

10Sources