EN

UEFA Çempionlar Liqası: “Qarabağ” “Ludoqorets” matçının vaxtı bəlli olub

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

Medianews.az xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllüttariqin “Linkoln” komandasını, rəqib isə Belarusun “Dinamo Minsk” kollektivini mübarizədən kənarlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
193
38
medianews.az

10Sources