EN

Azərbaycanın daha bir medal ümidi bu gün tatamiyə çıxır

style='margin-bottom:10px;'>

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.

QOL.az-ın xəbərinə görə, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır.

Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlanacaq və bu gün də yekunlaşacaq. Kotsoyevin görüşü sıralamada 10-cudur.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov mesal (qızıl) qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
10
teleqraf.com

10Sources