EN

KİV: İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub, lakin bilərəkdən İran seçilib

İsrail kəşfiyyat xidmətləri Fələstinin radikal HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanına malik olub, lakin siyasətçinin İrana səfəri zamanı xüsusi olaraq ona sui-qəsd etmək qərarına gəliblər.

Bu barədə “Jerusalem Post” qəzeti İsrail kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sui-qəsd üçün Tehranın mərkəzi qəsdən seçilib.

“İsrailin kəşfiyyat xidmətləri istəsəydi, Haniyəni Qətərə səfəri zamanı da yox edə bilərdi, lakin iki səbəbə görə məhz Tehran seçilib: birincisi, HAMAS liderindən xilas olmaq, ikincisi isə İranın gələcəkdə Yaxın Şərqdə vəziyyəti nə dərəcədə alovlandırmaq gücündə olduğunu yoxlamaq və xaricdən yönələn təhdidlərə verəcəyi cavabla bağlı dilemma qarşısında qoymaq məqsədilə...” - qəzet vurğulayır.

Chosen
542
azerforum.com

1Sources