EN

Hakan Fidan və Əli Baqiri bölgədəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlərnazirinin müavini Əli Baqiri ilə telefon danışığı aparıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəTürkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosialmedia hesabındakı paylaşımında deyib.

Keçeli bildirib ki, görüş zamanı İranda HƏMAS Siyasi Bürosununsədri İsmayıl Haniyənin öldürülməsindən sonra baş verənlər vəbölgədəki vəziyyət müzakirə edilib.

Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtıTehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı KeşikçiləriKorpusu məlumat yayıb. Belə ki, dünən səhər saatlarında HƏMASrəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunubki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın SiyasiBürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsindəöldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri BenyaminNetanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
144
50
az.trend.az

10Sources