EN

Cənubi Afrikada məktəb avtobusu ilə qatar toqquşub - 5 nəfər ölüb

Cənubi Afrikanın şimal-şərqində məktəb avtobusu ilə qatarın toqquşması nəticəsində 5 məktəbli ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mpumalanqa əyalətinin ictimai təhlükəsizlik departamentinin sözçüsü Moeti Musi bildirib.

Onun sözlərinə görə, daha 11 məktəbli ağır yaralanıb. Avtobusda 30 məktəbli olub.

Hadisə şahidlərinin sözlərinə görə, avtobus sürücüsü keçiddə sürətlə yaxınlaşan qatara fikir verməyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
49
ucnoqta.az

10Sources