EN

Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları artıq vətəndədirlər.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər, müxtəlif ölkələrdən Bakı şəhərinə gələn iştirakçı gənclər Düşərgənin keçiriləcəyi Laçına yola düşməzdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi yad olunub, düşərgə iştirakçıları adından əklil qoyulub, gül dəstələri düzülüb.
Düşərgə iştirakçıları, həmçinin Birinci və İkinci Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Ziyarətlərdən sonra iştirakçılar düşərgənin keçirildiyi Laçın şəhərinə yola düşəcəklər. Düşərgə ərazisində ilkin tanışlıq və iştirakçıların komandalara bölünməsi mərhələsi, eləcə də Laçında “İslimi” Xalçaçılıq mərkəzi, “Gilabi Ceramics” mərkəzi və “Həkəri Balıq Təsərrüfatı”na səfərin təşkili nəzərdə tutulur.
Bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
2
turk.az

3Sources