Meyxanaçı Ələkbər Yasamallının evi qarət olunub.Bu barədə qaynarinfo-ya meyxanaçı özü məlumat verib.
O bildirib ki, evinə gecə saatlarında naməlum şəxslər daxil olub və bütün əşyalarını aparıblar:
Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar.
Məni hədələyirlər. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim”.
Məsələ ilə barəsində DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, vətəndaş Quliyev Ələkbər Akif oğlununun müraciəti ilə bağlı ərazi üzrə müvafiq Polis İdarəsində araşdırma aparılır.
www.anews.az