EN

Cəlilabadda “Bir Peşənin Sirri” festivalı keçirilib

Cəlilabadda

Cəlilabad, 31 iyul, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad şəhəri Heydər Əliyev seyrəngahında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Bir Peşənin Sirri” festivalı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışda çıxış edənlər ölkənin iqtisadi inkişafında peşə təhsilinin rolundan, gənclərin məşğulluq imkanlarının artırılması istiqamətindəki tədbirlərdən bəhs ediblər.

Festivalda qonaqlara Bakı, Cəlilabad, Neftçala, Salyan, Şirvandan olan tələbələrin və peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş olunub.

Bununla yanaşı tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
2
azertag.az

3Sources