EN

Ankara və Afina rasında gərginlik: Nazirin səfəri ləğv edildi

Vətəninfo.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın Afinaya bir günlük səfəri Egey və Aralıq dənizlərində yaşanan gərginlikdən sonra ləğv edilib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın Yunanıstanın vətəndaşların müdafiəsi naziri Mixalis Xrisokoidis, gəmiçilik və adalar siyasəti naziri Kristos Stilianidis və miqrasiya naziri Nikos Panayiotopoulos ilə görüşü gözlənilirdi. Görüş zamanı miqrasiya və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

Lakin Krit ilə Kipr arasında sualtı kabelləri araşdıran İtalyan gəmisi “İevoli Relume”nin yaratdığı gərginlik səfərin ləğvinə səbəb olub. Yunanıstanın “Kathimerini” qəzeti yazıb ki, Türkiyə və Yunanıstan sahil mühafizə komandaları arasında bu yay planlaşdırılan matçlar da hazırda qeyri-müəyyəndir.

Ankara ilə Afina arasında son gərginlik ötən həftə Egey dənizinin cənubunda Krit və Rodos arasında yerləşən Kasos və Karpatos adaları yaxınlığında qeydə alınıb. Türkiyənin sualtı kabel tədqiqatları aparan İtaliyanın “İevoli Relume” tədqiqat gəmisinin “dəniz yurisdiksiyasını pozması” səbəbi ilə bölgəyə hərbi gəmilər göndərdiyi bildirilir.

Chosen
8
1
veteninfo.az

3Sources