EN

Bakıda yük maşını avtomobilə çırpılıb aşdı

Bakıda yük maşını avtomobilə çırpılıb aşdı

Zuğulba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Shacman" markalı yük maşınının sürücüsünün idarəetməni itirməsi olub. Nəticədə yük maşını yol kənarında dayanan avtomobilə çırpılıb və aşıb.

Qəza nəticəsində yük maşınının sürücüsü xəsarət alıb, ölən yoxdur.

Chosen
106
45
sonxeber.az

10Sources