EN

Bakıda taxta sexi yanıb - Video - Yenilənib

Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 600kv.m. olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən sahəsi 90kv.m. olan taxta sexi yanıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

22:45

Bakıda sex yanır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


www.anews.az
Chosen
94
10
anews.az

10Sources