EN

Marsda yaşaya bilən bitki tapıldı

Alimlər Marsın sərt şəraitində yaşaya bilən səhra mamırı aşkar ediblər.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu kəşf Marsda davamlı həyatın qurulması istiqamətində gələcək səylər üçün böyük addım hesab olunur. Alimlər Marsda yaşaya bilən yosun növü müəyyən ediblər. Sərt şərtlərə tab gətirə bilən mamır Marsda həaytın başlamasına səbəb ola bilər. Tədqiqat qrupu quraq və sərt iqlimlərə dözə bilən bu xüsusi mamır növünü Yer kürəsinin ən sərt səhra mühitlərində kəşf edib. Alimlər həmin mamırın Marsın soyuq, quru və az oksigenli atmosferində belə yaşamaq qabiliyyətinə malik olduğunu bildiriblər. Mamırın davamlılığı, ekstremal şəraitə uyğunlaşma və fotosintez qabiliyyəti onun Marsda oksigen istehsalı və qida mənbələri üçün istifadə olunma potensialından xəbər verir. Alimlər düşünürlər ki, bu yosun həm oksigen istehsalı, həm də gələcək Mars koloniyaları üçün qida mənbəyi kimi istifadə edilə bilər.

Manşet.az

Chosen
117
5
manset.az

10Sources