Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma İspaniya seçməsi ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüş rəqibin 18:16 hesablı qələbəsi ilə yekunlaşıb.