EN

LeBron Ceyms basketbol əfsanəsini üstələdi

LeBron Ceyms basketbol əfsanəsini üstələdi

"Los Anceles Leykers"in lideri LeBron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) karyerası ərzində əfsanəvi Maykl Cordandan daha çox xal toplayıb.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu günə qədər LeBron NBA-nın adi mövsümündə 40,474 xal toplayıb. Cordanda isə bu rəqəm 32,292-dir.

Qeyd edək ki, Ceyms hazırda ABŞ millisinin heyətində Parisdə keçirilən Olimpiya Oyunlarında mübarizə aparır.

Chosen
102
3
sonxeber.az

4Sources