EN

ABŞ-ın genişmiqyaslı müharibəyə hazırlığı qiymətləndirilib

ABŞ hərbi imkanların olmaması səbəbindən genişmiqyaslı münaqişədə iştirak edə bilməyəcəyini sübut etdi. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Defence News” ABŞ Konqresinin komissiyasının Senatın Silahlı Qüvvələr Komitəsinə təqdim etdiyi hesabata istinadən xəbər verir.

“Birləşmiş Ştatlar sonuncu dəfə 35 il əvvəl başa çatan Soyuq Müharibə dövründə bu tip münaqişələrə hazır idi. Bu gün isə  ölkə hazır deyil.  Hərbçilərin döyüş əməliyyatlarının qarşısını ala və qalib gələ biləcəyinə əmin olmaq üçün lazım olan imkan və hərbi potensial yoxdur”, - deyə agentlik bildirir.

Komissiya Pentaqonun ambisiyaları və reallığı arasında böyük boşluqlar aşkar edib. Komissiya qeyd edib ki, Amerika müdafiə sənayesinin hazırkı vəziyyəti Çindən geri qalır. Ekspertlər belə qənaətə gəliblər ki, Pekinlə potensial münaqişədə Vaşinqton cəmi üç-dörd həftə ərzində öz sursat ehtiyatlarını böyük ölçüdə tükəndirəcək.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
1
yeniazerbaycan.com

2Sources