EN

İngiltərədə bıçaqlı hücum nəticəsində ölən uşaqların sayı 3-ə yüksəldi

İngiltərədə bıçaqlı hücum nəticəsində ölən uşaqların sayı 3-ə yüksəldi

İngiltərənin Southport şəhərində bıçaqlı hücumda ölən uşaqların sayı 3-ə yüksəlib.Mersisayd polisindən verilən açıqlamada dünən Southportda bıçaqlı hücumda yaralanan üçüncü uşağın öldüyü bildirilib.Açıqlamada "9 yaşlı qız bu gün səhər tezdən xəstəxanada dünyasını dəyişib. Dünən ölən uşaqların 6 və 7 yaşlı qızlar olduğunu təsdiqləyə bilərik". ifadəsi işlədilib.Açıqlamada bıçaqlı hücumda daha 8 uşağın yaralandığı və onlardan 5-nin vəziyyətinin ağır olduğu, hadisə zamanı yaralanan 2 böyüyün də vəziyyətinin ağır olduğu bildirilib.

Chosen
149
14
afn.az

10Sources