EN

Məktəblilərimiz 56-cı Beynəlxalq Kimya Olimpiadasında 1 gümüş və 3 bürünc medal qazanıblar

Məktəblilərimiz

Bakı, 30 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.

Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Səttar Şərifzadə gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Ümid Mustafazadə, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Nihad Hacızadə bürünc medala layiq görülüblər.

Chosen
34
8
azertag.az

9Sources