EN

İraqın şimalında 13 terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalında 13 PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Qara və Haftanin bölgələrində aşkarladıqları 13 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirdi. Millətimizi terror bəlasından qurtarmaq üçün böyük əzmlə mübarizəmizi davam etdiririk”,- deyə nazirlikdən bildirilib.

Chosen
61
16
turkic.world

10Sources