EN

Azərbaycan medal sıralamasında 15-ci yerdədir

Azərbaycan Olimpiya Komandası Paris-2024 Yay Oyunlarındakı medal sıralamasında 15-ci yerdədir.

Tribunainfo.az xəbər verir ki, hazırda komandamızın hesabında bir qızıl medal var.

Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün çempion olaraq ölkəmizə ilk mükafatı qazandırıb.

Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.

Chosen
108
24
tribunainfo.az

10Sources