EN

Peşə təhsili: 20% gənc məzun olmadan işlə təmin olunub 

Ötən tədris ilində peşə təhsili müəssisələrindən məzun olan tələbələrdən 20%-i məzun olmadan işlə təmin edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.

 

O bildirib ki, bu müsbət trenddir: "Ötən tədris ilində məzun olan 13 mindən çox şəxsdən təxminən 3000-nə yaxını işlə təmin olunub. Onların da 70 faizi oğlanlardır".

Chosen
25
4
azedu.az

8Sources