EN

Əli Kərimlinin "çay davası"

AXCP sədri Əli Kərimov İsa bulağında "çayın qiymətindən" narazıdır. Doğrudan da, aşığın sözü qurtaranda "dalay-dalay" deyərmiş. Bunu sozləri Avropa.info-aciqla verən Millət Vəkili Bəhruz MəhərəmliŞuşanı qurban verib hakimiyyətə gələn xəyanətkar qruplaşmanın bu tükənmiş simasının "çay davası" sadəcə, düşüklükdür və  "adam" əslində özü öz dili ilə siyasi çəki və qiymətinin heç bir çaynik çay qədər də olmadığını etiraf edir. Deyir, "azad edilmiş torpaqlarımıza hələ də icazə ilə getmək olur". Təsəvvür edin, təmsil olunduğu iqtidarın xəyanətinin nəticəsi olaraq Azərbaycan xalqı 30 il Şuşaya həsrət qalmalı olub. Qarabağ və Şərqi Zəngəzurun hər qarışının minalanmasına görə ən azı ermənilər qədər məsuliyyət daşıyan belə ünsürlərin indi insanları kütləvi şəkildə minalanmış sahələrə təşviq etməkdə yalnız bir məqsədi ola bilər, onları tarixin zibilliyinə gömmüş Azərbaycan xalqından qisas almaq.  Reallıqda, nə Kərimov, nə "də antimilli şuranın digər təmsilçiləri üçün həqiqətən Qarabağ, Şuşa mövzusu önəmlidirmi? Əsla. Elə isə Fransanın Ermənistana silah-sursat tədarük etməsi,  ABŞ-nin erməni ordusuna təlim keçməsi, yaxud Avropa İttifaqının ötən həftə hay ordusuna 10 milyonluq yardım paketini təsdiqləməsinə Kərimov və dərnəyi niyə bir dəfə münasibət bildirmir?  Səsləri çıxmır, çünki hamısının ipi Qərbin əlindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
1
avropa.info

2Sources