EN

"Onlar Rusiyaya zərər vurmaq istədilər, lakin zərəri özlərinə vurdular"..?

...NATO ABŞ-ın Avropa üzərində hökmranlığının alətidir, onun köməyi ilə Vaşinqton istənilən, hətta ən dağıdıcı siyasəti də tətbiq edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu keçmiş ABŞ senatoru Riçard Blek “Dialogue Works” YouTube kanalına müsahibəsində bildirib.

Onun dediyinə görə, Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birlikdə “Şimal axını”nı NATO vasitəsilə partladıb. Burada hesablama belə idi ki, bu, Rusiyanı zəiflədəcək və Ukraynaya kömək edəcək.

Amma nəticədə Almaniya və Avropada iqtisadiyyat məhv olur və almanların humanitar yardıma ehtiyacı yaranır.

...NATO Amerika təşkilatı olduğu üçün ABŞ-ın rəhbərlik etdiyi alyansdır.

Və NATO vasitəsilə biz Avropa İttifaqına və bütün Avropa siyasətinə nəzarət edə bilərik. Məhz bu mexanizm vasitəsilə biz onlara sifariş verə bilərik, məsələn, deyərik ki, bütün kömür mədənlərinizi bağlayın. Sizdən gəmilərdə külək turbinlərindən, günəş panellərindən istifadə etməyi, qaz çənlərinizdə qarğıdalı etanolunu və bütün bu cür əşyaları tələb edəcəyik. Və sadəcə enerji iqtisadiyyatını unut. Bu barədə narahat olmaq lazım deyil, bu, birtəhər öz-özünə həll olunacaq.

...Və təbii ki, Birləşmiş Ştatlar bütün bu Ukrayna münaqişəsi zamanı bəşəriyyət tarixində ən heyrətamiz təxribatçı addımlardan birini atdı: biz “Şimal axını” boru kəmərini sabotaj etdik. Bunda bir neçə NATO ölkəsi iştirak etdi. Biz bilirik ki, bunda ingilislərin əli var idi, eləcə də bəzi Skandinaviya ölkələri bu sabotajda iştirak edirdi. Ola bilsin ki, hətta Almaniya hökuməti də bu işə qarışıb.

...Rusiyadan Almaniyaya verilən qaz, (buna almanlar üçün qan da demək olardı-A.B.) , əslində ürəyi qidalandıran damar idi. Ürəyiniz döyünür, çünki qan içinə axır. Qanın ürəyə axması dayandıqda, o dayanır və ölüm gəlir. Biz bunu düşündüyümüz kimi, Ukrayna münaqişəsində uğura töhfə vermək üçün etdik. Nəticədə Rusiya çox zərər görmədi, lakin Avropa iqtisadiyyatına böyük ziyan dəydi.

Məsələn, Almaniya tənəzzülə uğradı. İndi amerikalılar var, dünyanın hər yerində sıxıntılı alman ailələrinə kömək edən insanlar var. Bu, Almaniyanın Avropanın və dünyanın ən çiçəklənən ölkələrindən biri olmasına baxmayaraq! Almaniyaya indi xaricdən yardım edilməsi, özünü doyura bilməyən almanlara kömək üçün pul göndərilməsi sadəcə olaraq ağlasığmazdır!

...Qeyd edək ki, bütün bunlar keçmiş ABŞ senatoru Riçard Blekin fikirləridir.

Əli Babayev

Chosen
34
19
sia.az

10Sources