EN

İsrail XİN: Məcdəl Şəmsin atəşə tutulması, dinc əhaliyə və uşaqlara zərər verilməsi bütün qırmızı xətləri keçir

İsrailin Xarici İşlər Nazirliyi “Hizbullah” və Livanla genişmiqyaslı müharibənin qaçılmaz olduğunu açıqlayıb.

APA xəbər verir ki, XİN rəhbəri İsrael Katz Colan təpələrindəki Məcdəl Şəms kəndinin atəşə tutulmasının bütün qırmızı xətləri keçdiyini deyib.

Katz aralarında uşaqların da olduğu azı 10 mülki şəxsin ölümünə səbəb olan hadisənin bütün qırmızı xətləri keçdiyini deyib.

“Cəbhədə və arxa cəbhədə çox qarşılıq ödəyəcəyik, lakin müharibə nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah və Hizbullah məğlub olacaq və Livanda sülhü və təhlükəsizliyi bərpa edəcəyik”, - deyə Katz bildirb.

Chosen
51
4
apa.az

9Sources