Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Demedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən və medal ümidlərimizdən biri olan idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqibinə uduzan Ağayev mübarizəni dayandırmalı olub.