EN

Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
 
Moderator.az xəbər verir ki, o, pnevmatik tapança ilə 10 metr məsafəyə atəş açıb. 571 xal toplayan idmançı 33 iştirakçı arasında 24-cü yeri tutub. O, bu nəticə ilə final mərhələsinə vəsiqə qazana bilməyib.
 
R. Lunyov iyulun 28-də 25 metr məsafədən atəşaçmada da qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
5
moderator.az

4Sources