EN

Ərdoğan Əsədlə bu tarixdə görüşəcək: Kəşfiyyat hazırlığı başladı

Suriyadakı müharibədən sonra ilk dəfə Əsədlə Ərdoğan arasında bu ilin avqustunda görüş baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin hakim partiyası ilə yaxın əlaqələri olan “Türkiye gazetesi” yazıb.

Bildirilir ki, Türkiyə və Suriya prezidentləri arasında görüş yaxın ayda istənilən vaxt baş tuta bilər. Qeyd olunur ki, artıq ölkələrin kəşfiyyat xidmətləri bu görüşün təşkili məsələsini həll edir.

Chosen
85
1
publika.az

10Sources