EN

Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU

Türkiyədə fahişəliyə qarşı əməliyyat keçirilib.
 
Moderator.az Lent.az - a istinadla bildirir ki, “Taksi-1” adlı əməliyyat Kars şəhərinin Arpaçay qəsəbəsində baş tutub. Polisin 2 ay izləməsindən sonra əcnəbi qadınların zorla fahişəliyə cəlb olunduqları kaznioya taksi ilə basqın edilib.
 
Nəticədə 1-i iranlı, 5-i azərbaycanlı qadın ələ keçirilib. Həmçinin kazinoda “insan alveri”ndə şübhəli bilinən 1-i qadın olmaqla 6 nəfər saxlanılıb.
 
Əməliyyatlar zamanı obyektdən maddi sübutlar da tapılaraq, götürülüb. İnsan alverində şübhəli bilinənlər məhkəməyə, ələ keçirilən əcnəbi qadınlar isə ölkədən çıxarılması üçün aidiyyatı şöbəyə təhvil verilib.
Chosen
134
14
moderator.az

10Sources