EN

İrəvan "3+3" formatında Türkiyədə keçiriləcək görüşdə iştirak edəcəkmi?

İrəvan XİN rəhbərlərinin "3+3" formatında Türkiyədə keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, bu yaxınlarda İranın Ermənistrandakı səfiri Mehdi Sübhani bildirib ki, "3+3" formatında növbəti görüş yaxın gələcəkdə Türkiyədə keçiriləcək.

 

““3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə Nazirlikdən bildirilib.

Chosen
95
11
senzor.az

10Sources