EN

Təbrizin "Traktor" klubu Mahir Emrelini transfer etmək istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Təbrizin "Traktor" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir.
Oxu.Az İranın "Total Futball" nəşrinə istinadən xəbər verir ki, artıq bu məqsədlə klubun rəhbərliyi 27 yaşlı azərbaycanlı futbolçu ilə danışıqlar da aparıb.
Lakin danışıqların yekunu barədə hər hansı məlumat verilmir.
Qeyd edək ki, Xorvatiya çempionu "Dinamo"da çıxış edən Mahir Emrelinin Almaniya təmsilçisi "Nürnberq"ə keçəcəyi gözlənilir.
Chosen
55
29
oxu.az

10Sources