EN

“Paris-2024”də ilk dopinq onda tapıldı

“Paris-2024” Olimpiya Oyunlarında ilk dopinq faktı aşkarlanıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadağan olunmuş maddə iraqlı cüdoçu Sajjad Sehendə tapılıb.

Onun testinin nəticəsi pozitiv olub.

Bu səbəbdən idmançı mümkün apellyasiyaya qədər yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, cüdoçu 81 kq çəki dərəcəsində 1/32 finalda özbək Şərofiddin Boltaboyevə qarşı olimpiya turnirində iştirak etməli idi.

Chosen
55
2
qafqazinfo.az

4Sources