Meksika sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Milli Seysmoloji Xidmət (SSN) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 08:28-də qeydə alınıb. Zəlzələnin episentri Syudad Akuna şəhərindən (Koahuila ştatı) 384 kilometr şimalda yerləşib. Zəlzələnin mənbəyi on kilometr dərinlikdə olub. Ölənlər barədə məlumat verilməyib.