Bakı. Trend:
İraqlı cüdoçu Sehen Saccad (81 kq) antidopinq qaydalarınıpozduğuna görə, Paris-2024 Yay Olimpiya Oyunlarındadiskvalifikasiyaya məruz qalıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-TestAgentliyi (ITA) məlumat yayıb.
Bu, Oyunlarda ilk dopinq cəzası kimi qeydə alınıb. 28 yaşlıidmançının iyulun 23-də verdiyi test müsbət olub. Onun qanındaqadağan olunmuş metandion və boldenon maddələri tapılıb. Saccadolimpiadanın 1/16 finalında özbəkistanlı Şarofiddin Boltobayevləqarşılaşmalı idi. Bu idmançının yolu 1/8 finalda Azərbaycancüdoçusu Zelim Tçkayevlə kəsişə bilər.
Qeyd edək ki, qaydalara görə, İraq olimpiyaçısı BeynəlxalqArbitraj Məhkəməsinə müraciət edib, B testinin nəticələrini istəməkhüququna malikdir.