EN

Dünya həddindən artıq istilərin “epidemiyası”nı yaşayır

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, dünyada milyardlarla insan həddindən artıq istilərin “epidemiyası” ilə üzləşib və son günlər dünyada orta gündəlik temperatur rekordları qırılıb.


Oxu24.com xəbər verir  ki, Avropa İttifaqının İqlim Dəyişiklikləri Xidməti (Kopernik) ötən bazar günü, iyulun 21-i tarixdə ən isti gün elan edib.

 

Bundan sonra, 22 və 23 iyulda temperatur "eyni diapazonda" yüksəlməyə davam edib.

 

“Başqa sözlə, ötən bazar, bazar ertəsi və çərşənbə axşamı tarixdə qeydə alınan ən isti üç gün olub... Yer getdikcə istiləşir və hamı üçün daha təhlükəlidir. Milyarlarla insan həddindən artıq istilərin epidemiyası ilə üz-üzədir”, - deyə BMT-nin baş katibi bildirib.

 

Kopernikin fikrincə, hazırda qışın olduğu Cənub yarımkürəsi orta temperaturun artımını tam kompensasiya etmək iqtidarında deyil. Əvvəllər rekord temperatur 2016-cı ilin avqustunda bir neçə gün davam edib. Bununla belə, 2016 və 2023-cü illərdən fərqli olaraq, hazırkı temperatur rekordlarına istilərə töhfə verən El Nino təbii hadisəsi kömək etmir.

 

Nigar

 

Chosen
87
4
oxu24.com

7Sources