EN

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Image

2024-cü ilin I yarımili ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 8342 şikayət xarakterli ərizə araşdırılıb,  8882 məktub və sorğu cavablandırılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 4541 vətəndaş qəbul edilib. Xidmət tərəfindən bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. 

Ödənişlərin 87 faizi əmək haqları, 13 faizi isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu barədə baki-xeber.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Hesabat dövrü ərzində əmək müqaviləsinə qanunsuz xitam verildiyi müəyyən edilmiş 41 işçi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində əvvəlki iş yerlərinə bərpa edilib.

İradə SARIYEVA






Chosen
27
7
baki-xeber.com

8Sources