Azərbaycanın biznes təmsilçiləri ilə birgə fəaliyyəti gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətindəyik.
İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq. Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik”, - deyə nazir bildirib.
#Qeyrineft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq.#Yerliistehsal-ın artımı və #ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik.#Biznes təmsilçiləri ilə… pic.twitter.com/eC2LhXV0CN
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 26, 2024